Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ

Uitkoff Türkiyədə Zelenski ilə görüşü təxirə saldı

Uitkoff Türkiyədə Zelenski ilə görüşü təxirə saldı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyəcək. Primeinfo.az xəbər verir ki, bu haqda “Axios” portalı məlumat yayıb. Bildirilib ki, Stiv Uitkoff Türkiyənin paytaxtı Ankaraya olan səfərini təxirə salıb.

Səudiyyə şahzadəsi Trampla görüşdü

Səudiyyə şahzadəsi Trampla görüşdü

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb. Primeinfo.az-ın məlumatına görə, bu, Səudiyyə Ərəbistanı Şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir. Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.

Tbilisidə “Tramp marşrutu” və regional sülh prosesləri müzakirə olundu

Tbilisidə “Tramp marşrutu” və regional sülh prosesləri müzakirə olundu

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Görüşdə Gürcüstan hökuməti tərəfindən ölkənin tranzit və birləşdirici funksiyalarının möhkəmləndirilməsi üçün atdığı addımlar müzakirə olunub.

ABŞ-dan "Lukoyl"la bağlı qərar

ABŞ-dan "Lukoyl"la bağlı qərar

ABŞ “Lukoyl”un xarici aktivlərinə qarşı sanksiyaları daha 3 həftə təxirə salıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib. Belə ki, “Lukoyl”un xarici aktivləri ilə əməliyyatlara qoyulan qadağa noyabrın 21-dən dekabrın 13-dək təxirə salınıb.

Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırıldı  

Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırıldı  

ABŞ-da yaşayan Vaqif Cəfər oğlu Allahverdiyev də Baş Prokurorluğa çağırılıb. APA xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.   ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Ötən gün vəfat edən Muazzez Abacının sərvəti - AÇIQLANIB

Ötən gün vəfat edən Muazzez Abacının sərvəti - AÇIQLANIB

Türkiyənin tanınmış müğənnisi Muazzez Abacı ötən gün ABŞ-də vəfat edib. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum müğənninin təxminən 50 milyard 700 milyon lirə (2 milyard 38 milyon manat) sərvətinin olduğu bildirilir. Abacının Tuzlada bir villası, Kuzquncuk və Şişlidə mənzilləri, bank hesablarında böyük məbləğdə nağd pul və iki avtomobilinin olduğu qeyd olunur

Rubio: "Yaxın Şərqdə sülh prosesi təhlükədədir"

Rubio: "Yaxın Şərqdə sülh prosesi təhlükədədir"

“İordan çayının Qərb sahilindəki son hadisələr Qəzza zolağında atəşkəsin sabitliyinə təhdid yaradır”. Primeinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. “Qərb sahilindəki hadisələrin nəzarətdən çıxacağı, daha böyük toqquşmalara çevriləcəyi və Qəzza zolağında göstərdiyimiz səyləri sarsıdacaq təsir yaradacağı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur”, – deyə Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp: “Neçə arvadınız var?” - VİDEO

Tramp: “Neçə arvadınız var?” - VİDEO

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb. Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.