Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ağır zərbə

ABŞ donanmasında dəniz böhranı: İrandan ağır zərbə

ABŞ donanmasında dəniz böhranı: İrandan ağır zərbə

Müharibənin başlanğıcında İranın ABŞ-ın Bəhreyn dəki hərbi-dəniz bazasına endirdiyi zərbə Amerikanın Hərbi Dəniz Qüvvələrinin vacib logistika qovşağını sıradan çıxarıb. Primeinfo.az xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumatlara görə, baş verən hücum nəticəsində ABŞ HDQ təchizat marşrutunu dəyişməyə məcbur olub. Təchizat xətti İran yaxınlığında döyüş növbəsi çəkən Amerika təyyarədaşıyan gəmilərindən təxminən 2200 mil aralıda yerləşən Dieqo-Qarsiya bazasına yönləndirilib.

Zelenski Kiyevə raket hücumundan danışdı

Zelenski Kiyevə raket hücumundan danışdı

Ukrayna paytaxtı Kiyev son ayların en dəhşətli və dağıdıcı hərbi zərbələrinə məruz qalıb. Primeinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun bu gecə Kiyevə qarşı müharibənin ən kütləvi ballistik raket hücumlarından birini həyata keçirdiyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, düşmən qüvvələri müxtəlif tipli 40-dan çox raket və 120 zərbə pilotsuz uçuş aparatı (PUA) atıb ki, bu silahların da mütləq əksəriyyəti birbaşa paytaxtı hədəf alıb.

Rusiya donanmasına AĞIR ZƏRBƏ: "Karakurt" raket gəmisi və tankerlər məhv edildi

Rusiya donanmasına AĞIR ZƏRBƏ: "Karakurt" raket gəmisi və tankerlər məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətindəki Primorsk limanına zərbə endirərək, “Karakurt” raket gəmisi, patrul kateri, “kölgə donanması”na aid tankeri və liman infrastrukturunu sıradan çıxarıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Əməliyyat barədə dövlət başçısına Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini icra edən Yevgeni Xmara məruzə edib.