Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Türkiyə

“Türkiyə gəmisinə və Azərbaycan səfirliyinə hücumlar bir-biri ilə bağlıdır” - VİDEO

“Türkiyə gəmisinə və Azərbaycan səfirliyinə hücumlar bir-biri ilə bağlıdır” - VİDEO

“Türkiyə gəmisinə edilən hücum və Azərbaycan səfirliyinin hədəf alınması arasında əlaqə var və bu hadisələr təsadüfi deyil”. Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib. O, bu hücumların regiondakı geosiyasi proseslərlə bağlı olduğunu bildirib.

Türkiyədə “Daşları toplama zamanı” kitabının təqdimatı keçirilib - FOTO

Türkiyədə “Daşları toplama zamanı” kitabının təqdimatı keçirilib - FOTO

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, “İRS” nəşriyyatının nəşr etdiyi bu kitab tarixi əhəmiyyət daşıyır və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib. Bu barədə Primeinfo.az Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

İrəvan sammiti: Ərdoğan iştirak edəcəkmi? 

İrəvan sammiti: Ərdoğan iştirak edəcəkmi? 

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələ konkret məlumat yoxdur.  Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.  Bu barədə qərarın sammitin tarixinə yaxın zamanda veriləcəyi gözlənilir.  

Abdullah Eren Hikmət Hacıyevlə görüşüb - FOTO

Abdullah Eren Hikmət Hacıyevlə görüşüb - FOTO

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Türk Dövlətləri apreldə Qazaxıstanda toplanacaq 

Türk Dövlətləri apreldə Qazaxıstanda toplanacaq 

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda aprel ayında keçiriləcək.  Primeinfo.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən deyib.  O qeyd edib ki, rəsmi Zirvə görüşü isə Türkiyədə böyük ehtimalla 2026-cı ilin sonunda təşkil ediləcək:  “Biz qeyri-rəsmi Zirvə toplantısını TÜRKPA-da tətbiq etməklə əslində yeni şey kəşf etmirik”. 

Bilal Ərdoğan: Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm

Bilal Ərdoğan: Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm

Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm. Primeinfo.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib. “Könül istərdi ki, kommunikasiyalar daha əlçatan olsun.