Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Türkiyə

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan 2005-ci ildən bəri qlobal problemlərə qarşı mübarizə metodlarını qabardır. Türkiyə Prezidentinin 16 çıxışı barədə məlumat verilən yazıda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması qabardılıb.

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib - FOTO

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib - FOTO

Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə ordu komandanı Nuru Paşa Türkiyənin İstanbul şəhərində yad olunub. Primeinfo.az xəbər verir ki, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) ilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşəbbüsü ilə Nurun Paşanın dəfn edildiyi məzarlıqda təşkil olunan anım tədbirində ölkəmizin İstanbuldakı baş konsulu Zamin Əliyev, Ənvər Paşanın qardaşı oğlu Enis Buldanlıoğlu, Çekmeköy Bələdiyyəsinin sədr müavini Vefa Budak, TADEF-in sədr müavini Pərviz Məmmədzadə, çox sayda qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri və digərləri iştirak ediblər. Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə İSTAD-ın rəhbəri və TADEF-in mətbuat katibi Səfər Qaraqoyunlu, Baş konsul Zamin Əliyev, TADEF-in sədr müavini Pərviz Məmmədzadə və digərləri çıxış ediblər.

Türkiyə XİN rəhbəri: "İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir"

Türkiyə XİN rəhbəri: "İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir"

“İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir”. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib. Nazir qeyd edib ki, İranda baş verən hadisələrin diplomatik yolla həllinin tərəfdarıdılar: “Böhranın həlli, bölgədə sülhün təmini üçün bütün tərəflərlə təmaslar davam edir”.