Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Özbəkistan

Azərbaycanın Özbəkistandakı səfiri 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycanın Özbəkistandakı səfiri 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib.   Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub - FOTO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, ​HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Özbəkistan nümayəndə heyəti Şuşada - FOTO

Özbəkistan nümayəndə heyəti Şuşada - FOTO

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Şuşa şəhərində olub. Bu barədə  Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq

  Azərbaycanda 13-20 dekabr tarixlərində Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Mədəniyyət Nazirliyinin məlumatında deyilir. “Mədəniyyət günləri çərçivəsində 13-20 dekabr tarixlərində Bakıda və Füzulidə incəsənət ustalarının iştirakı ilə konsert proqramlarının, həmçinin “Yeni Özbəkistan” adlı fotosərginin təşkil olunması planlaşdırılır”, – məlumatda bildirilir.