Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib. Primeinfo.az xəbər verir ki, ziyafətdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edilib. Sözügedən ziyafətdən görüntüləri təqdim edirik:
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirilib”, – deyə paylaşımda bildirilib.
Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimdən paylaşım edib. “Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi!
Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 avqust-1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.
KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.
Bişkek meriyası Qırğızıstanın “Sükut haqqında” qanununun icrası çərçivəsində paytaxtda bütün əyləncə obyektlərinin fəaliyyətinin yerli vaxtla saat 22:00-a qədər məhdudlaşdırıldığını açıqlayıb. Primeinfo.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, yeni göstərişə əsasən, kafe, restoran, bar, klub, banket zalları və digər müəssisələrin rəhbərlərinə bütün bayram və mədəni-əyləncə tədbirlərinin keçirilməsini dayandırmaq və obyektlərin fəaliyyətini göstərilən vaxtdan gec olmayaraq başa çatdırmaq tapşırılıb. Bundan əlavə, saat 22:00-dan sonra bütün enerji tutumlu cihazların, o cümlədən elektrik plitələrinin, qızdırıcıların və sobaların söndürülməsi tələb olunur.
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısı keçirilib. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak