Moskva Vaşinqtonu sərt tənqid etdi: "Səhv edirsiniz"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin “CCTV” telekanalına verdiyi sensasion müsahibədə ABŞ-ın iki ölkə arasındakı münasibətlərin bərpası ilə bağlı tutduğu mövqeyi kəskin tənqid edib. Primeinfo.az xəbər verir ki, Kreml rəsmisi Vaşinqtonun Rusiya ilə iqtisadi və diplomatik əlaqələrin inkişafını birbaşa Ukrayna münaqişəsinin həlli şərtinə bağlamasını tamamilə yanlış və səmərəsiz yanaşma adlandırıb. Peskov bildirib ki, amerikalılar hələ də hər şeyi Ukrayna ətrafındakı nizamlanma ilə əlaqələndirməyə çalışırlar.