Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə yaradılan komissiyanın üzvləri sırasına daxil edilib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Qərara əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı komissiyanın tərkibi yenilənib.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiqləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfərə gedir. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində o, 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Oktyabrın 30-da isə Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşü nəzərdə tutulub.
Gümrünün meri Vardan Qukasyan saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABC Media merin köməkçisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, bu gün səhər saatlarında Ermənistanın Korrupsiya əleyhinə Mübarizə Komitəsinin əməkdaşları Gümrü şəhərinin bələdiyyəsində axtarış həyata keçirib.
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb
Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb. Primeinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib. P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanın paytaxtı İrəvana səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı mərkəz sosial şəbəkədə paylaşıb. Bildirilib ki, M.Muradov İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir.
Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.
Ermənistan yalan və uydurmalardan əl çəkənə oxşayır. Parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O bunu parlamentdə hakimiyyətin nəzarət-buraxılış məntəqələrindəki möhürlərdən Ağrıdağın (ermənilər Ararat dağı deyirlər-müəl.) simvolik təsvirini silmək qərarını şərh edərkən bildirib.