FIFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Primeinfo.az Futbolinfo.az-a istinadən xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib. FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu.
Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəfin FİFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib. Primeinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar. Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.
FIFA bu il keçiriləcək dünya çempionatında ofsayd qərarlarının daha dəqiq verilməsi üçün süni intellektdən istifadə edəcəyini açıqlayıb. Primeinfo.az “The Athletic”ə istinadən xəbər verir ki, turnirdə iştirak edəcək bütün futbolçular üçün süni intellekt əsaslı 3D rəqəmsal modellər yaradılacaq. Bunun üçün oyunçular qısa müddətdə xüsusi skandan keçiriləcək və bədən ölçüləri dəqiq şəkildə qeydə alınacaq.
FIFA Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib. Primeinfo.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. İlk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.
FİFA 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının mükafat fondunu müəyyənləşdirib. Primeinfo.az xəbər verir ki, Dohada keçirilən FİFA Şurasının iclasından sonra turnirin mükafat fondunun 727 milyon dollar olduğu açıqlanıb. Bu isə Qətərdə keçirilmiş əvvəlki dünya çempionatının mükafat fondundan 50% çoxdur.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Argentina milli komandasını 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər. Primeinfo.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb. Bildirilir ki, Argentina Futbol Assosiasiyasında (AFA) baş verən korrupsiya qalmaqalı səbəbindən Argentina milli komandasına qarşı sanksiyalar tətbiq oluna bilər.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb. Primeinfo.az xəbər verir ki, mükafatı FIFA prezidenti Canni İnfantino təqdim edib. Bununla bağlı nümayiş etdirilən videoçarxda Trampın digər münaqişələrlə yanaşı, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində gördüyü işlər və sənədin imzalanması da qeyd olunub.
Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyununu keçirib. Primeinfo.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşıb. Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA Türkiyə I Liqa təmsilçisi “Adana Dəmirspor”un daha 6 xalını silib. Primeinfo.az xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib. Beləliklə, komanda hazırda -23 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.
Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib. Primeinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.