İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində deyib. İki ölkənin (Azərbaycanın və Özbəkistanın) birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib.
FIFA İntizam Komitəsi İsveç Futbol Assosiasiyasını 60 min kron (6,350 ABŞ dolları) məbləğində cərimələyib. Primeinfo.az xəbər verir ki, buna, millinin azarkeşlərinin uyğunsuz davranışları səbəb olub. Belə ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İsveç – İsveçrə matçında yerli azarkeşlər rəqib komandanın himni səsləndirilərkən tribunadan fit səsləri ucaldıblar.
FİFA prezidenti Canni İnfantino İnstaqramdakı hesabında Azərbaycan və Özbəkistanın 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, o, paylaşımında yazıb: “FİFA Şurasının iclası dünya futbolu üçün irəliyə doğru daha bir addım atdı. FİFA Şurası Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Çempionatının ev sahibi təyin edib və Londonu 2026-cı ildə keçiriləcək Qadınlararası Çempionlar Kubokunun ilk final mərhələsinə ev sahibliyi edəcək ölkə kimi təsdiqləyib.