Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Girnə

Quzey Kıbrısda gəmi qəzasında ölənlərin sayı 12-yə çatdı

Quzey Kıbrısda gəmi qəzasında ölənlərin sayı 12-yə çatdı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne şəhərinin sahillərindəbatan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb.

Quzey Kıbrısda saxlanılan Azərbaycan vətəndaşlarını cəza gözləyir? - AÇIQLAMA

Quzey Kıbrısda saxlanılan Azərbaycan vətəndaşlarını cəza gözləyir? - AÇIQLAMA

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan Azərbaycan vətəndaşları məsuliyyətli şəxslər deyillər. Primeinfo.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib. O deyib ki, qəza ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev haqqında istintaq materialları toplanır: “Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib.

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

Girnə sahillərində sərnişin gəmisinin aşması ilə bağlı aparılan istintaq çərçivəsində gəminin kapitanı və 7 heyət üzvü nəzarətə alınıb. Primeinfo.az “TRT HABER”ə istinadla xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel hadisə ilə bağlı verdiyi yazılı açıqlamada qəza nəticəsində itkin düşən şəxslərin tapılması üçün bütün mövcud resursların səfərbər edildiyini bildirib. Qeyd edib ki, ilk mərhələdə Türkiyə Sülhməramlı Qüvvələrinə məxsus 4 sahil mühafizə qayığı, 2 helikopter, 1 patrul gəmisi, 1 hücum qayığı, həmçinin Mülki Müdafiə və Polis idarələrinin dalğıc qrupları ilə 4 axtarış-xilasetmə qayığı axtarış-xilasetmə əməliyyatına cəlb olunub.