Əcnəbi diplomatlar Cəbrayıl və Zəngilanda - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayıl rayonunun Horovlu kəndində olublar.
Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayıl rayonunun Horovlu kəndində olublar.
“Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində tikinti işləri yekun mərhələyə çatır”.
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.
Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayıb
Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Primeinfo.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.
Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Müslim Maqomayevin repertuarından “Синяя вечность” mahnısı səsləndirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər”, deyə, H.Hacıyev bildirib.
Azərbaycan–Mərkəzi Asiya münasibətləri vahid birliyə çevrilərək “6” formatını alıb.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda Mehriban Əliyevanın səmərəli görüşləri barədə ətraflı məlumat verilir. Prezidentin köməkçisi Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib: “Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir”.