Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. “Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq.
İran ABŞ-ın Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə vermir və heç vaxt da buna icazə verməyəcək. Primeinfo.az xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib. O bildirib ki, İran ABŞ ordusu tərəfindən tankerlərin və ticarət gəmilərinin tranzitinə yaradılacaq hər bir maneə və təhlükənin qarşısını qətiyyətlə alacaq.
Qətərli vasitəçilər ABŞ və İran arasında gərginliyi azaltmaq məqsədilə Tehrana səfər edib.
İran parlamentinin sədri, İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı imzalanmış memorandumun əsas müddəalarını pozmaqda ittiham edib. Primeinfo.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, ABŞ-ın neft sanksiyalarını yenidən tətbiq etməsi, İranın cənubuna hücumlar həyata keçirməsi, yeni zərbələrlə bağlı davamlı təhdidlər səsləndirməsi, həmçinin sionist təcavüzünü davam etdirməsi Tehranın mövqeyinə təsir göstərməyəcək.
“Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib. “Mən gözləyirəm ki, müttəfiqlər bu gün İran məsələsini də müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirdiyi görüşdə İslamabad razılaşması ilə ABŞ və İran arasında əldə edilən atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib.