Xəbər axtarın

Son axtarış nəticələri:

Qalibaf: "Biz təslim olmayacağıq"

08.07.2026 11:18

Qalibaf: "Biz təslim olmayacağıq"

İran parlamentinin sədri, İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı imzalanmış memorandumun əsas müddəalarını pozmaqda ittiham edib.

Primeinfo.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ-ın neft sanksiyalarını yenidən tətbiq etməsi, İranın cənubuna hücumlar həyata keçirməsi, yeni zərbələrlə bağlı davamlı təhdidlər səsləndirməsi, həmçinin sionist təcavüzünü davam etdirməsi Tehranın mövqeyinə təsir göstərməyəcək.

“Qorxutma və hədə-qorxu dövrü başa çatıb. Bu, heç bir nəticə verməyəcək. Biz təslim olmayacağıq”, – o qeyd edib.

Paylaş: