Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: köç

Ağdam şəhərində 110 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

Ağdam şəhərində 110 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə olmaqla, 417 nəfər köçürülüb. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıdıb - FOTO - YENİLƏNİB

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıdıb - FOTO - YENİLƏNİB

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb. Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub.

Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO

Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Primeinfo.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə – 83 nəfər, Xanyurdu kəndinə 12 ailə – 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə – 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə – 147 nəfər köçürülüb.