Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məhkəmə

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM oxundu

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM oxundu

“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb.

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən həkim HƏBS EDİLDİ

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən həkim HƏBS EDİLDİ

Keçmiş hərbi qulluqçular Tural Nuriyev və Əsəd Əliyev hərbi qulluqçuların müayinə nəticələrinə müdaxilə etmək adı ilə pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, 4 nəfərə qarşı dələduzluqda ittiham olunan həmin şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Vüsal Şilderin qətli: məhkəmə başlayır

Vüsal Şilderin qətli: məhkəmə başlayır

Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayəti işi məhkəməyə göndərilib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb.

Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm”

Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm”

“David Seliverstov” kimi tanınan Kazım Abbasov ətrafında yaranmış qalmaqal davam edir. Məsələnin ictimailəşdirilməsində başda hüquq müdafiəçisi Çingiz Qənizadə olmaqla bir sıra tanınmış şəxslər mühüm rol oynayıblar. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bundan sonra Kazım Abbasov tərəfindən aldadıldıqlarını iddia edən şəxslərin açıqlamaları, onunla bağlı məhkəmə prosesləri, eləcə də özünü başqa ad və kimliklə təqdim etməsi barədə müxtəlif məlumatlar gündəmə gəlib.

Baş Prokurorluq Rasim Həsənovun hökmündən protest verib

Baş Prokurorluq Rasim Həsənovun hökmündən protest verib

Məhkəmə zalından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının keçmiş rəisi Rasim Həsənov barəsində olan hökmdən apellyasiya protesti verilib. Primeinfo.az xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. Məhkəmənin ilk baxış iclasının vaxtı məlum deyil.

Rüfət Səfərovla bağlı QƏRAR VERİLDİ

Rüfət Səfərovla bağlı QƏRAR VERİLDİ

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

ABŞ məhkəməsi Rubionun qərarını da ləğv etdi

ABŞ məhkəməsi Rubionun qərarını da ləğv etdi

ABŞ-da məhkəmə Vaşinqton administrasiyasının 75 ölkənin vətəndaşları üçün tətbiq etdiyi viza qadağasını ləğv edib. Primeinfo.az CNN-ə istinadən xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Jeanette Vargas qadağanın qanunsuz olduğuna və Dövlət Katibi Marko Rubionun qanuni səlahiyyətlərini aşdığına qərar verib. Məhkəmə müəyyən edib ki, insanlara əsasən vətəndaşlıqlarına görə viza verilmir ki, bu da milliyyətə görə ayrı-seçkiliyə qoyulan qadağanı pozur.

Prokurorluq Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək

Prokurorluq Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Bakı Hərbi Məhkəməsinin 18 avqust 2026-cı il tarixli hökmü ilə Həsənov Rasim Əlövsət oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.