Dünyaca məşhur müğənni Rihanna Türkiyədə onun adına bənzər şəkildə qeydiyyatdan keçirilən “RIANNA” markasına qarşı açdığı məhkəmə işini qazanıb. Primeinfo.az Axşam.az-a xəbər verir ki, sənətçinin öz markasını Türkiyədə satışa təqdim etməsindən sonra “RIANNA” adlı yerli markanın mövcudluğu aşkarlanıb. Rihanna tərəfi markaların adlarının bir-birinə çox bənzədiyini və istehlakçıların onları qarışdıra biləcəyini əsas gətirərək məhkəməyə müraciət edib.
Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının keçmiş sədri Qoşqar Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirlən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkilləri Rüfət Səfərovun şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini xahiş ediblər.
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb.
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist düşüncəsinin təbliğinə dair paylaşımlar yaymaqda və SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Primeinfo.az Gununsesi.info- ya istinadən xəbər verir ki, həbs olunanlardan biri “Səs” qəzetinin əməkdaşı, jurnalist Elçin Bayramlıdır.
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, üç il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə beş il, Cəmilə Əliyevaya isə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini təklif edib.
Sabunçu rayonunda yerləşən 4 saylı notariat ofisinin xüsusi notariusu, külli miqdarda mənimsəmədə təqsirləndirilən Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, istintaqın bir ildən çox getməsinə baxmayaraq, təqsirləndirilən heç bir ödəniş etməyib.
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm qüvvədə saxlanılıb.
Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. İclas tərəflərin çıxışları ilə davam edib.
Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasından sabiq deputatı Sofiya Ovsepyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Datalex məhkəmə informasiya sistemində yer alan məlumatda bildirilir. İş materiallarına əsasən, Ovsepyan onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyini hesab etdiyi məlumatların Paşinyan tərəfindən ictimai şəkildə təkzib olunmasını tələb edir.