Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: məhkəmə

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin məhkəməsi başlayıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Anton Draçev vəsatət verərək yaşayış yerinin məlum olduğunu deyib və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslərin məhkəməsi başlayıb

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslərin məhkəməsi başlayıb

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən İbrahim Əsədli və Abdulla İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Nizami rayon Məhkəməsinə təqdim olunub və hakim Aynur Əliyevanın icraatına verilib. Bu gün keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Mark Zukerberq məhkəmədə: "Yaşını yalan deyən xeyli insan var"

Mark Zukerberq məhkəmədə: "Yaşını yalan deyən xeyli insan var"

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq sosial media asılılığı ilə bağlı şahid kimi çıxış etdiyi məhkəmə prosesində “Instagram”da yaş həddinə nəzarət edilməsinin olduqca çətin olduğunu bildirib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, şirkətin biznes modeli baxımından gənc istifadəçilərin əhəmiyyətinin şişirdildiyini iddia edib. Zukerberq şirkətin gəncləri platformaya cəlb etmək və onları aktiv saxlamaq səyləri, eləcə də 13 yaşdan kiçik uşaqlara məxsus hesabların kifayət qədər izlənilib-izlənilməməsi ilə bağlı sualları cavablandırıb.

Nəcməddin Sadıkovun müavini olmuş general-leytenant Ayaz Həsənovun məhkəməsi başlayıb

Nəcməddin Sadıkovun müavini olmuş general-leytenant Ayaz Həsənovun məhkəməsi başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Primeinfo.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım.

Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi

Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov məhkəməyə yazılı formada vəsatət verib. Kamran Əsədov məhkəmədən səhhətində problem olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini, himayəsində üç azyaşlı övladı olduğunu nəzərə alaraq, ev dustaqlığına buraxılmasını xahiş edib.