Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və onunla birlikdə təqsirləndirilən Gündüz Abbasovun növbəti məhkəmə prosesi başlayıb. Primeinfo.az-ın məlumatına görə, məhkəmə prosesi Hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilib. Məhkəmədə tanınmış təhsil eksperti Kamran Əsədov, DİM nümayəndələri və şahidlər də iştirak edir.
Ramiz Mehdiyevi özünə “ağsaqqal” elan etmiş sabiq səfir Elmira Axundovanın yaxın adamı, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimov yenidən həbs olunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Primeinfo.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5 il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5 il, 5 ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib. Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər Rayon Polis İdarəsinə müraciət edib.
Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə də şamil olunub. Primeinfo.az xəbər verir ki, bu gün bununla bağlı Binəqədi rayon Məhkəməsində iclas keçirilib. Məhkəmədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılıb.
Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Quliyevanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Primeinfo.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.
“Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək”, – hakim bildirib.
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun məhkəməsi başlayır. Primeinfo.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 5 yanvara təyin edilib.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 7-nə təyin edilib.