Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV yazıb. Andlılar Məhkəməsinin kollegiyası Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib.
Prokuror məhkəmədə Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Primeinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmaqda təqsirləndirilən Aqil Aslanov və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Aqil Aslanov 17 il, Ceyhun İsmayılov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe azərbaycanlı ifaçı Vəfa Şərifovanı məhkəməyə verməyə hazırlaşır. Primeinfo.az xəbər verir ki, bu barədə türkiyəli müğənninin vəkili Handan Bakbak məlumat yayıb. O bildirib ki, Yıldız Tilbe haqqında mətbuatda çıxan əsassız məlumatlar səbəbi ilə məhkəməyə müraciət olunacaq.
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tanınmış iş adamı Ruslan Eyyubov ev dustaqlığına buraxılmasını istəyir. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili tərəfindən məhkəməyə vəsatət təqdim olunub. Müdafiəçi müvəkkilinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Məhkəməsinə Rusiyaya qarşı iddia ərizəsi ilə müraciət edib. İddianın Rusiya tərəfinin əmək miqrantları üçün sığorta polisi verməkdən imtina etməsi ilə əlaqədar olduğu bildirilir. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia barədə Qırğızıstanın İcbari Tibbi Sığorta Fondunun prezidenti Azamat Mukanov parlament komitəsinin iclasında məlumat verib.
Şərti olaraq azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev bir illik sınaq müddəti ilə şərti məhkum etmənin əlavə cəzadan tam azad edilməyi ilə ləğv olunması və məhkumluğun vaxtından əvvəl götürülməsi barədə apellyasiya şikayəti verib. Primeinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hərbi ekspertin şikayətinə baxılaraq qərar qəbul edilib. Qərara əsasən, Nəsimi Rayon Məhkəməsinin 7 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş bir illik sınaq müddəti ilə şərti məhkum etmə və ona əlavə olaraq da iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzası dəyişdirilmədən saxlanılıb.
İmtahanlara qanunsuz texniki vasitələr keçirməkdə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub. Belə ki, orokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.
Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərdən bəziləri ifadə verib. Proses təxminən 3 saatdan artıq davam edib.