Düşünürəm ki, Ərdoğan da İranın nüvə silahına sahib olmasını istəməz. Primeinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib. O, İranla müharibə haqqında danışarkən Türkiyənin İranın lehinə olaraq müharibəyə müdaxilə etmək gücündə olduğunu, lakin bunu etmədiyini vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib. Primeinfo.az xəbər verir ki, bu barədə Zelenski iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.
NATO sammiti Türkiyədə keçirilməsəydi, bəlkə də, iştirak etməzdim. Primeinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib. “Mən NATO-dan çox incimişəm.
“Alyansımızın təhlükəsizliyini sözlərlə deyil, konkret imkanlarla gücləndirməliyik”. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO Sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışında deyib. Alyansın müdafiə sahəsində yeni hədəflərinin əhəmiyyətini vurğulayan nazir bildirib ki, NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır.
NATO-nun Baş katibi Mark Rutte müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməli və sənaye istehsalını artırmalı olduqlarını qeyd edərək bildirib ki, Türkiyə təxminən 3 min müdafiə şirkətinə malik olan əsas mərkəzdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır. Primeinfo.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. “NATO sammitində Donald Trampla təkbətək görüş ehtimalı yüksəkdir”, – Türkiyə lideri qeyd edib.