Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir

07.07.2026 18:40

Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir

1 avqust tarixindən etibarən Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sinqapur Respublikasının xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı zamanı məlumat verib.

Nazir Ceyhun Bayramov 1 avqust tarixindən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Paylaş: