Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ
Mərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılmaz tərkib hissəsi sayılan fitrə zəkatı da xüsusi əhəmiyyət daşıyır.