“Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur”. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Baltikyanı ölkələrin Rusiyaya demarş etməsinə münasibət bildirərkən deyib. “Hərbçilərimiz, xüsusi xidmət orqanlarımız dronların haradan uçduğunu və necə uçduğunu görürlər.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
Rusiya Silahlı Qüvvələri iyulun 13-ü səhər saatlarınadək Ukraynanın Zaporojye vilayətinə 900-dən çox zərbə endirib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Rusiyanın hərbi qüvvələri Donetsk vilayətində Pokrovsk istiqamətində yerləşən Qrişino şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib. Primeinfo.az xəbər verir ki,bu barədə UNIAN hərbi mənbələrə və vəziyyəti izləyən analitiklərə istinadən məlumat yayıb. Məlumata görə, şəhərdə ağır döyüşlər davam edir və Ukrayna qüvvələri hələ də bəzi mövqeləri saxlayır.
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 349 PUA hücumunun qarşısını alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gecə ərzində Ukraynaya məxsus 349 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrdə yeni xüsusi komandanlığın yaradılması haqqında fərman imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında videomüraciətində bildirib. Onun sözlərinə görə, yeni komandanlıq Rusiyanın hərbi potensialına uzaqmənzilli zərbələr endirilməsi istiqamətində fəaliyyət göstərəcək və bu məqsəd üçün mövcud bütün resursları cəmləşdirəcək.
Ukraynanın Rusiya və işğal altındakı ərazilərə doğru kütləvi PUA hücumuna başladığı bildirilir. Primeinfo.az xəbər verir ki, monitorinq kanallarının yaydığı məlumata görə, hazırda Ukraynaya məxsus təxminən 270 dron Rusiya və işğal altındakı ərazilər istiqamətində hərəkət edir.
Ukrayna ordusu iyulun 10-na keçən gecə Rusiyanın Azov dənizində fəaliyyət göstərən “kölgə donanması”na məxsus daha 12 gəminin vurulduğunu bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) yaydığı məlumatda deyilir. Bildirilib ki, zərbələr Rusiyanın neft ixracı infrastrukturuna qarşı iyulun 6-da başlanmış əməliyyat çərçivəsində həyata keçirilib.
Ukrayna yeni dronlar istehsal etməyə başlayıb. Hansı ki, bu dronların istehsal gücü günə 1000 ədəddir. Hətta ilin sonuna qədər istehsalın 6 dəfəyə qədər artacağı gözlənilir.
Ukrayna Müdafiə Qüvvələri iyulun 9-na keçən gecə Rusiyanın hərbi və hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə bir sıra mühüm hədəflərə zərbələr endirdiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Məlumata görə, Azov dənizində Rusiyaya məxsus 12 tanker, bir yedək gəmisi və bir quru yük gəmisi vurulub.