Bu gün Ukrayna Rusiyanın “kölgə donanması”na aid 11 gəmini vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, gün ərzində 5 neft tankeri, 1 qaz daşıyan tanker, 3 quru yük gəmisi və 2 yedək gəmisi hədəfə alınıb.
Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andriy Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.
Artıq Rusiyada bu savaşa xüsusi əməliyyat deyil, müharibə deməyə başlayıblar. Əgər bu proses başlayıbsa, deməli gələcəkdə səfərbərliyə də gedə bilərlər. Rusiyada ciddi iqtisadi böhran yaşanır, amma Putin müharibəni dayandırmaq istəmir…
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin prezidentlik müddəti bitməmiş başa çata biləcəyini bildirib. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, bu münaqişə mənim prezidentlik müddətim başa çatana qədər bitə bilər.
“Zərbələr nəticəsində Rusiyanın enerji sistemi, təchizat logistikası məhv edilir və bu zəncir qırılandan sonra onu bərpa etmək xeyli zaman aparır. Bu proses isə davamlı şəkildə həyata keçirilir. Son 9 gündə 116 tanker və gəminin vurulması böyük logistik donanmanın məhv olunması deməkdir”.
Bu gün səhər Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Hücum nəticəsində ölənlər və yaralananlar var, həmçinin yaşayış binalarına ziyan dəyib. Primeinfo.az bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Lısaka istinadla xəbər verir.
Rusiya ordusu Odessa vilayətində Çernomorsk limanından Odessa limanına hərəkət edən daha iki quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb. Primeinfo.az “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ali Rada bugünkü iclasında qərar qəbul edib. Qərara əsasən, hərbi vəziyyət və ümumi səfərbərlik ən azı 31 oktyabr 2026-cı il tarixinədək qüvvədə qalacaq.
Ukrayna ordusu Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən birinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Bildirilib ki, hücumun hədəfi Başqırdıstanın Salavat şəhərində yerləşən “Qazprom Neftexim Salavat” müəssisəsi olub.
Hazırda bir neçə günə Ukraynanı almağı planlaşdıran Rusiya rəhbərliyi böyük bir bataqlığa girib. Könüllülərin toplanması, muzdluların bu prosesə cəlb olunması onu göstərir ki, Vladimir Putin qalib gəlmək üçün bütün addımları atmağa çalışır…