Ukrayna Rusiya ərazisinə dron hücumlarını davam etdirir. Primeinfo.az xəbər verir ki, ötən gecə hədəflər arasında Stavropol diyarınıdakı neft bazası da olub. Vilayət qubernatoru Vladimir Vladimirov dron hücumundan sonra Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verdiyini qeyd edib “Stavropol yaxınlığında düşmən dronlarının hücumu dəf edilir.
Xəbər verildiyi kimi, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərinə və Moskva vilayətinin Elektrostal şəhərində yerləşən “Wildberries”in logistika mərkəzlərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, hücumlar nəticəsində dağıntılar qeydə alınıb, Tambov vilayətində ölən və yaralananların olduğu bildirilib. Şirkətin rəhbəri Tatyana Kim həlak olanların ailələrinə başsağlığı verib, zərərçəkənlərə maliyyə dəstəyi göstəriləcəyini bildirib.
Ötən aşxam saat 20:30-dan etibarən Ukrayna tərəfindən Moskva bölgəsinə 370-dən çox dronla hücum edilib. Primeinfo.az xəbər verir ki, məlumatı Moskva meri Sergey Sobyanin açıqlayıb.O, iddia edib ki, dronların əksəriyyəti şəhər kənarında zərərsizləşdirilib, 64 PUA isə Moskvaya yaxınlaşarkən məhv edilib. Daha əvvəl paytaxta hücum etməyə cəhd edən 55 dronun məhv edildiyi bildirilirdi.
Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın “kölgə donanması”nı hədəf alan və “Moloçka” kod adı verilən xüsusi hərbi əməliyyatın növbəti mərhələsini uğurla həyata keçirib. Primeinfo.az Ukrayna hərbi mənbələrinə istinadən xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) məlumat yayıb. “Madyar”ın sözlərinə görə, cari ilin 6-18 iyul tarixləri arasında Rusiya Federasiyasının “kölgə donanması” ilə əlaqəli olan ümumilikdə 172 gəmiyə zərbələr endirilib.
Rusiyada bir gecədə Ukraynaya məxsus 379 dron vurulub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, dronlar Belqorod, Bryansk, Kursk, Smolensk, Ryazan, Kaluqa, Tula, Tambov, Oryol, Lipetsk, Tver, Pskov, Voronej, Rostov, Volqoqrad, Leninqrad, Vladimir vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım, Azov və Qara dənizlərində vurulub.
Moskva vilayətinin Noginsk şəhərində yerləşən iri neft bazasında güclü yanğın baş verib.
Rusiya və Ukrayna arasında davam edən silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı ifadə etdik. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu münaqişə daha geniş regionda sabitliyə ciddi mənfi təsir göstərməkdə davam edir: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır”.
“Müharibənin ilk illərində Rusiyanın belə bir problemi olmasa da, hazırda canlı qüvvə ilə bağlı ciddi problem yaşamaqdadır. Hələ ki, rəsmi səfərbərlik yoxdur, əsasən muzdlu döyüşçülərlə işlər görülür. Lakin bütün bunlar da effektiv olmadı və özünü doğrultmadı.
Ukraynanın Milli Qvardiyasının “Omega” xüsusi təyinatlı dəstəsi Krımın Saki aerodromunda Rusiyaya məxsus Su-24M cəbhə bombardmançısını məhv edib. “UNİAN“-a istinadən xəbər verir ki, təyyarə döyüş tapşırığına hazırlaşdığı vaxt zərbə endirilib. Məlumata əsasən, məhv edilən Su-24M cəbhə bombardmançısının təxmini dəyəri 30 milyon ABŞ dolları təşkil edir.
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixail Fedorovun vəzifədən azad edilməsinin əsas səbəblərindən birinin səfərbərlik islahatının lazımi səviyyədə həyata keçirilməməsi olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri hakim “Xalqın Xidmətçisi” fraksiyasındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Zelenski deputatlarla görüşdə bildirib ki, Müdafiə Nazirliyinin fəaliyyəti daha səmərəli olmalı və nazirliklə Silahlı Qüvvələrin rəhbərliyi arasında yaranmış qarşıdurmaya son qoyulmalıdır.