Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sərəncam

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ordubadın icra başçısı vəzifəsindən azad edildi, yenisi təyin olundu - FOTO

Ordubadın icra başçısı vəzifəsindən azad edildi, yenisi təyin olundu - FOTO

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin YENİ VƏZİFƏLƏRİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin YENİ VƏZİFƏLƏRİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib. Primeinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, bu informasiya sistemlərinin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə sistemlərin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Tahir Tağızadə Azərbaycanın Serbiyada səfiri təyin olunub

Tahir Tağızadə Azərbaycanın Serbiyada səfiri təyin olunub

Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qalib İsrafilov BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb

Qalib İsrafilov BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb

Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, Q.İsrafilov 2021-ci il iyulun 26-da həmin vəzifələrə təyin olunmuşdu.