Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyənin ədliyyə naziri

Fərid Əhmədov Türkiyənin ədliyyə naziri ilə görüşüb - FOTO

Fərid Əhmədov Türkiyənin ədliyyə naziri ilə görüşüb - FOTO

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürlek ilə görüşüb. Ədliyyə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, nazir Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Kamran Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüşüb - FOTO

Kamran Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüşüb - FOTO

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, iyulun 1-də Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb. Görüş zamanı qeyd edilib ki, ölkələrimiz arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” ideyasına əsaslanaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq münasibətləri, qarşılıqlı etimad və qəti siyasi iradə sayəsində bütün sahələr üzrə uğurla inkişaf edir.