
İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib.
Düşən yağıntının miqdarı Şəkidə 46 (aylıq normanın 76 faizi), Oğuzda 36 (aylıq normanın 54 faizi), Göyçayda 20 (aylıq normanın 93 faizi), Ağdamda 16 (aylıq normanın 55 faizi), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 faizi), Mingəçevirdə 10 (aylıq normanın 50 faizi), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52 faizi), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrdir.