
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının (Aİ) rəsmiləri ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan Ankarada Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos, eləcə də Daxili İşlər və Miqrasiya məsələləri üzrə Aİ komissarı Maqnus Brunneri qəbul edib.
Görüşün müzakirə mövzuları hələ açıqlanmır.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı NATO liderlərindən Avropanın müdafiəsinin gücləndirilməsinə dair qəti siyasi iradə gözlədiyini bildirib.
Bakanımız @HakanFidan, AB Dış İlişkiler ve Güvenlik Politikası Yüksek Temsilcisi/Avrupa Komisyonu Başkan Yardımcısı Kaja Kallas, Genişlemeden Sorumlu AB Komiseri Marta Kos ve İçişleri ve Göçten Sorumlu AB Komiseri Magnus Brunner ile Ankara’da biraraya geldi. pic.twitter.com/7cckCqDxHl
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) June 30, 2026