Xəbər axtarın

Son axtarış nəticələri:

Tehranda ticarət mərkəzində yanğın: 11 ölü - VİDEO

06.05.2026 11:09

Tehranda ticarət mərkəzində yanğın: 11 ölü - VİDEO

Tehranda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.

Primeinfo.az bu barədə “Azad İran” “Teleqram” kanalına istinadən xəbər verir.

Hadisə ötən gün Qərbi Tehranın Şəhriyar rayonunda yerləşən “Arğəvan” ticarət mərkəzində baş verib. Olay yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri saatlarla yanğının söndürülməsi istiqamətində iş aparıb.

Son məlumatlara əsasən, yanğın nəticəsində 11 nəfər ölüb, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Paylaş: