Xəbər axtarın

Son axtarış nəticələri:

Azovda dron hücumu edilən gəmilərdəki 19 azərbaycanlı ölkəyə yola salınıb, 2 nəfərin nəşi tapılıb

09.06.2026 11:45

Azovda dron hücumu edilən gəmilərdəki 19 azərbaycanlı ölkəyə yola salınıb, 2 nəfərin nəşi tapılıb

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

“Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”, – məlumatda qeyd olunub.

Paylaş: