Xəbər axtarın

Son axtarış nəticələri:

ANAMA: 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

01.09.2026 11:24

ANAMA: 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən avqustda icra edilən əməliyyatlara dair məlumatı açıqlanıb.

ANAMA-dan Primeinfo.az-a bildirilib ki, ötən ay ərzində piyadaəleyhinə 514, tankəleyhinə 121 mina və 2724 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Avqust ayında ümumilikdə 7 min 568,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Paylaş: