Xəbər axtarın

Son axtarış nəticələri:

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir - FOTO

03.09.2026 11:00

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan konfrans “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusundadır.

Tədbirin ikinci günündə “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası”, “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar” mövzusunda panel sessiyalar, o cümlədən “Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr” mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.

Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.

Paylaş: