
İran və ABŞ arasında birbaşa danışıqların növbəti raundu yaxın zamanda keçiriləcək və diplomatik səylər müsbət nəticələr verir.
Primeinfo.az xəbər verir ki, bu barədə “The Express Tribune” Pakistanın müdafiə naziri Xavaca Asifə istinadən məlumat yayıb.
Bildirilib ki, yalnız müsbət irəliləyiş müşahidə olunur və davam edən diplomatik səylər konstruktiv istiqamətdə irəliləyir.
Qeyd edək ki, bundan əvvəl Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni raundunun aprelin 16-da İslamabad şəhərində keçirilə biləcəyi haqda məlumat verilmişdi. Bildirilmişdi ki, tərəflər Pakistan paytaxtında növbəti görüşün keçirilməsi imkanını müzakirə edirlər.
ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar raundu üçün mümkün məkan kimi Ceneva şəhərini də nəzərdən keçirirlər.