
“Qəbələ” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Primeinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.
44 yaşlı mütəxəssis son olaraq ölkəsində “Şkendiya” komandasına rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl-Cabalayn”ın (Səudiyyə Ərəbistanı) isə idman direktoru işləyib.
Bekiri 2024/2025 mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub. O, “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.