Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: əməliyyat

Neymar əməliyyat olundu

Neymar əməliyyat olundu

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar dizindən əməliyyat olunub. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 33 yaşlı futbolçu noyabrın sonlarında “Mirasol”la heç-heçə (1:1) bitən qarşılaşmada dizindən zədə almışdı.

"Qarabağ"ın qapıçısı əməliyyat olunub

"Qarabağ"ın qapıçısı əməliyyat olunub

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub. Primeinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib. Ş.Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Salyanda əməliyyat: 9 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

Salyanda əməliyyat: 9 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

Ötən gün polis çox sayda silah-sursat aşkarlayıb

Ötən gün polis çox sayda silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dekabrın 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.

Korrupsiyaya qarşı əməliyyat: DSX-nin kapitanı həbs edildi

Korrupsiyaya qarşı əməliyyat: DSX-nin kapitanı həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb. Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Həbsdə olan oğluna telefon keçirməyə çalışdı

Həbsdə olan oğluna telefon keçirməyə çalışdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.

İstanbulda narkotik əməliyyatı: 1 polis güllələndi

İstanbulda narkotik əməliyyatı: 1 polis güllələndi

Bu gün səhər saatlarında İstanbul polisi Çekmeköy rayonunda yerləşən bir evdə narkotik axtarışı məqsədilə əməliyyat keçirib. Primeinfo.az “Hurriyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı evin içindən polis əməkdaşlarına atəş açılıb. Açılan atəş nəticəsində Xüsusi Hərəkat Şöbəsində xidmət edən polis əməkdaşı Emre Albayrak yaralanıb.

DİN-dən əməliyyat: 24,6 kiloqram narkotik aşkarlandı

DİN-dən əməliyyat: 24,6 kiloqram narkotik aşkarlandı

Ötən gün ölkə ərazisində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Sumqayıtda 28 kq narkotik ələ keçirildi

Sumqayıtda 28 kq narkotik ələ keçirildi

Sumqayıtda tərkibinə zərərli maddələr əlavə olunmuş 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.