Bakının Sabunçu rayonunda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb.
Azərbaycanda avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta (“card-to-card”) köçürmələrə yeni limitlər tətbiq olunub.
ABŞ İrana qarşı yeni zərbə dalğasının başa çatdığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, 90 dəqiqə çəkən əməliyyatda İranın Böyük Tonb adasında yerləşən kruz raket anbarları, raket buraxılışı məntəqələri və müdafiə sistemləri dəqiqliklə hədəfə alınıb. “Zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq qabiliyyətini daha da çox zəiflətdi”, – CENTCOM-dan bildirilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub. Primeinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir. Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür.
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat həyata keçirilib. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat ümumilikdə İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyanı əhatə edib. Əməliyyat zamanı 13 nəfər saxlanılıb.
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Ədliyyə Nazirliyndən Primeinfo.az-a daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb. Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.