Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
İran İslamabadda keçirilmiş danışıqlardan sonra İsrailin sui-qəsd planlaşdıra biləcəyini bildirdikdən sonra Pakistan onları qorumaq üçün genişmiqyaslı əməliyyat həyata keçirib. Primeinfo.az xəbər verir ki “Reuters” bu barədə üç mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları ötən həftəsonu ABŞ-la nəticəsiz başa çatan sülh danışıqlarından sonra İran nümayəndə heyətini ölkələrinə qədər müşayiət edib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib. Daxili Işlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər – Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar.
Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunan təhükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl xəstəxanadan evə buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a İlham İsmayıl özü məlumat verib. O, hazırda əməliyyat səbəbindən səhhətində zəifləmə olsa da, bunun yaxın zamanda aradan qalxacağını bildirib: “Əməliyyata görə bir az zəifləmişəm, halsızlıq var səhhətimdə.
Xəbər verdiyimiz kimi, Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunub. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İlham İsmayıl əməliyyatdan sonra səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, dünəndən etibarən reanimasiyadan palataya köçürülüb: “Ürəyimdə problemlər olduğuna görə 2021-ci ildən etibarən gündə üç dəfə dərman qəbul edirdim.
Bir neçə gün öncə səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl əməliyyat olunub. Primeinfo.az bildirir ki, bu barədə “Yeni Sabah”a İlham İsmayılın bacısı Bəsti İsmayıl məlumat verib. O bildirib ki, qardaşı artıq palataya köçürülüb: “Qardaşımın mədəsində olan xoranı endoskopiya əməliyyatı ilə yandırıblar.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.