Hörmüzdə sülh cəmi bir neçə saat çəkdi: İran boğazı yenidən bağlayaraq dünyaya meydan oxudu
Cəmi bir neçə saat davam edən sülh ümidi yerini yenidən hərbi gərginliyə verdi.
Cəmi bir neçə saat davam edən sülh ümidi yerini yenidən hərbi gərginliyə verdi.
Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, Tehranla danışıqlar nəticəsiz qalsa, Vaşinqton İrana qarşı hərbi əməliyyatlara qayıda bilər. Primeinfo.az “Report”-a istinadən xəbər verir ki , Ağ Ev rəhbəri Vaşinqtona gedərkən Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib. “Mən bunu (atəşkəs müqaviləsini -red) uzatmaya bilərəm.
“Tramp Hörmüzü blokadaya almaqla hiyləgər gediş etdi. ABŞ bununla dedi ki, əgər sən içəri tərəfdən mühasirəyə alacaqsansa, mən də imkan verməyəcəyəm ki, sən öz neftini dünya bazarına çıxara biləsən. Bununla da İran özünü tələyə saldı”.
İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamneyi sağdır, amma yaralı və əlildir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib. O, Çinin İrana hərbi təchizat göndərmək planlarına da toxunub.
İran və ABŞ arasında danışıqlar böyük ehtimalla gələn həftənin sonunda İslamabadda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə anonim mənbələr “Geo News”a danışıb. Bildirilib ki, Pakistan hökuməti aidiyyəti qurumlara görüş üçün logistik və təhlükəsizlik tədbirlərinin görülməsinə dair göstəriş verib.
Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə məktub yazaraq ondan İrana silah verməməsini xahiş edib. Primeinfo.az xəbər verir ki, Tramp “Fox Business”ə müsahibəsində Çin Xalq Respublikasının Sədrinə məktub yazdığını və Si Cinpindən İrana silah verməməsini xahiş etdiyini bildirib. “O, mənə məktub yazdı və əlbəttə ki, bunu etmədiyini dedi”, – Tramp əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ arasında danışıqların müsbət nəticələnə biləcəyinə ümidvar olduğunu deyib. Primeinfo.az xəbər verir ki, o bu barədə Türkiyə Böyük Millət Məclisində AKP-nin qrup iclasındakı çıxışında danışıb. Ərdoğan İsrailin atəşkəsdən narazı olduğunu bildirib.
ABŞ-İran danışıqlarının yeni mərhələsi Türkiyədə və ya Misirdə baş tuta bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi öz mənbəyinə istinadən xəbər verir. Bundan öncə, tərəflər arasında danışıqların ikinci raundunun yenidən Pakistan paytaxtı İslamabadda yaxud İsveçrənin Cenevrə şəhərində keçirilə biləcəyi iddia olunurdu.
Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.