Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Görüşdə Gürcüstan hökuməti tərəfindən ölkənin tranzit və birləşdirici funksiyalarının möhkəmləndirilməsi üçün atdığı addımlar müzakirə olunub.
“Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub”.
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M.Huker bu həftə Azərbaycana səfər edəcək.
ABŞ “Lukoyl”un xarici aktivlərinə qarşı sanksiyaları daha 3 həftə təxirə salıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib. Belə ki, “Lukoyl”un xarici aktivləri ilə əməliyyatlara qoyulan qadağa noyabrın 21-dən dekabrın 13-dək təxirə salınıb.
ABŞ-da yaşayan Vaqif Cəfər oğlu Allahverdiyev də Baş Prokurorluğa çağırılıb. APA xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb. ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Türkiyənin tanınmış müğənnisi Muazzez Abacı ötən gün ABŞ-də vəfat edib. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum müğənninin təxminən 50 milyard 700 milyon lirə (2 milyard 38 milyon manat) sərvətinin olduğu bildirilir. Abacının Tuzlada bir villası, Kuzquncuk və Şişlidə mənzilləri, bank hesablarında böyük məbləğdə nağd pul və iki avtomobilinin olduğu qeyd olunur
“İordan çayının Qərb sahilindəki son hadisələr Qəzza zolağında atəşkəsin sabitliyinə təhdid yaradır”. Primeinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. “Qərb sahilindəki hadisələrin nəzarətdən çıxacağı, daha böyük toqquşmalara çevriləcəyi və Qəzza zolağında göstərdiyimiz səyləri sarsıdacaq təsir yaradacağı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur”, – deyə Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” instaqramda yayımlayıb. Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.
ABŞ-ın Nyu-York şəhərinin dünyada məşhur “Carnegie Hall” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib. Primeinfo.az xəbər verir ki, tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Konsertdə müsabiqədə seçilən 50-dən çox istedadlı gənc orkestrlə birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər.
ABŞ Prezidenti Donald Tramp administrasiyası BMT-nin qətnaməsindən Ukraynanın ərazi bütövlüyünü təsdiq edən və Rusiyanın Krımı və digər bölgələri işğalını pisləyən ifadələrin çıxarılmasını müdafiə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Kiyev Post” nəşri BMT-dəki mənbələrə istinadla məlumat yayıb. “Ukraynanın BMT Baş Assambleyasının Üçüncü Komitəsinə təqdim etdiyi “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, o cümlədən, Krımda və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı illik qətnamə uzun illərdir ki, mühüm diplomatik vasitə olaraq qalır.