ABŞ İsrail-Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Ynetnews” adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, planlaşdırılan bazanın tikinti xərclərinin 500 milyon dollar olacağı ehtimal edilir.
ABŞ Senatı 10 noyabr tarixində federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilə qədər davam etdirmək barədə qanun layihəsini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, səsvermə C-SPAN kanalı vasitəsilə yayımlanıb. Rekord həddə çatan ABŞ hökumətinin bağlanmasına son qoymağa kömək edəcək qanun layihəsini yuxarı palatanın 60 üzvü dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, ABŞ Prezidenti Donald Trampdan Qərb liderlərinin bəziləri kimi qorxmur. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə The Guardian qəzetinə müsahibəsində danışıb. Zelenski, həmçinin Vaşinqtonda Trampla son görüşünün “gərgin keçdiyi” barədə yayılan məlumatları təkzib edib.
“Hazırda ABŞ ilə danışıqları bərpa etmək imkanı yoxdur”. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. “Amerikalılar hər iki tərəf üçün bərabər danışıqlara hazır olduqda, danışıqlar mümkün ola bilər”, – o əlavə edib.
ABŞ-nin Tennessi ştatının Uilson dairəsində tibbi helikopter qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Vanderbilt Universiteti Tibb Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qəza baş verən zaman “Vanderbilt LifeFlight” helikopterinin göyərtəsində yalnız 3 nəfər ekipaj üzvü olub.
ABŞ-ın Nyu York şəhərində 8 Noyabr – Azərbaycanın Vətən müharibəsində Zəfərinin 5-ci ildönümü və 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin dövlət bayrağı qaldırılıb.
Bir çox ölkə İsraillə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişi”nə qoşulmaq niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib. “İndicə İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə əla danışığım olub.
ABŞ-da kommersiya neft ehtiyatı bir həftə ərzində 5,2 milyon barel artıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyi məlumat yayıb. 2025-ci il oktyabrın 31-nə olan məlumata görə neft ehtiyatı 421,2 milyon barel təşkil edib.Nazirliyin açıqlamasında qeyd olunur ki, hazırkı neft ehtiyatının həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 4% aşağıdır.
ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Ceyk Şerman məlumat yayıb. “ABŞ-ın 46-cı vitse-prezidenti Riçard Dik Çeyni 3 noyabr 2025-ci il tarixində vəfat etdi.
Tramp administrasiyası təşkilatda islahatların aparılmasını gözlədiyi üçün BMT-yə ödənişləri müvəqqəti dayandırıb.