Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ağdərə

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

Ağdərədə 1970-ci il təvəllüdlü kişi hündürlükdən yıxılaraq ölüb. Primeinfo.az xəbər verir ki, Ağdərə rayon sakini 1970-ci il təvəllüdlü Möhübbət Xıdırov Ağdərə rayonu Umudlu kəndi ərazisindəki hündürlükdən yıxılaraq baş nahiyəsindən xəsarət alaraq ölüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Növbəti köç karvanları Ağdərə və Xocalının kəndlərinə çatıb - FOTO 

Növbəti köç karvanları Ağdərə və Xocalının kəndlərinə çatıb - FOTO 

Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə 7 ailə – 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə isə 15 ailə – 66 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ağdərənin Vəngli kəndinə daha 16 ailə yola salınıb - FOTO

Ağdərənin Vəngli kəndinə daha 16 ailə yola salınıb - FOTO

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Primeinfo.az xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb. Vəngli kəndinə bu mərhələdə 16 ailə – 76 nəfər köçürülüb.

Azad edilmiş ərazilərdə 25 yeni abidə inventarlaşdırıldı -  FOTO

Azad edilmiş ərazilərdə 25 yeni abidə inventarlaşdırıldı -  FOTO

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.