Xəbər axtarın

Son axtarış nəticələri:

Sabahdan bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır

28.07.2026 11:32

Sabahdan bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 5 məktəbdə boş qalan yerlərə I sinfə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə I sinfə elektron qəbul zamanı üstünlük hüququ tətbiq edilən 5 məktəbdə boş qalan yerlər üçün sərbəst seçim imkanı yaradılacaq.

Qeyd olunub ki, həmin tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Sərbəst qəbulun aparılacağı məktəblər bunlardır:

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
Bakı şəhəri “Zəngi” liseyi;
Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksi.

Paylaş: