Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su KƏSİLƏCƏK

28.07.2026 13:32

Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su KƏSİLƏCƏK
Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.

Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-dən iyulun 30-u günorta saatlarınaq qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq.

 

Paylaş: