2025-ci ildə Azərbaycanda qadın məhkumların sayı artıb, kişilərin sayı isə azalıb. Primeinfo.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Hesabatda bildirilib ki, azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 96,7%, qadınlar isə 3,3% təşkil edir.
2025-ci ildə Azərbaycanda aliment ödəməkdən yayınan 4299 borclu barədə inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 2344 nəfər inzibati qaydada həbs olunub. Primeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib.
2025-ci ildə 6300-dək iş üzrə aliment ödənilməyib. Primeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib.
Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Primeinfo.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb. Bu barədə Primeinfo.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.
“Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra psixoloji çətinliklər yaşayırlar. Ailəyə hansısa qohum kömək edə bilmirsə, ana və körpə uşağa güclü yardım tələb olunur”. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova bildirib.
Bu il daha 138 uşaq övladlığa verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Eyni zamanda, ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayının 57-ə çatdığı qeyd olunub.
Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə fotosunu paylaşıb. Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəkillərini sosial şəbəkədə yayımlayıb. Qeyd edək ki, Elşad və Lətifə cütlüyü 2021-ci ildə ailə qurub.
“Son bir neçə ayda 406 ailə “Sovetski” ərazisindən köçürülüb”. Primeinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, söküntü prosesi getdikcə köçürülmə də davam etdiriləcək: “Keçirilən işlərin əsas prioritetləri sırasında tarixi identikliyin saxlanılması, mühəndis və nəqliyyat infrastrukturunun yenilənməsi, yaşıllaşdırma işləri və yeni ictimai məkanların – həyətlərin, skverlərin və piyada zonalarının yaradılması dayanır”.