Prezident tərəfindən 15 dekabrda təsdiqlənən Çexiya hökuməti çərşənbə axşamı keçirilən iclasda Avropa İttifaqının miqrasiya paktını rədd edib. Primeinfo.az xəbər verir ki, bu məlumatı ölkənin baş naziri Andrey Babişə istinadən Çexiya Xəbər Agentliyi (ÇXA) yayıb. “Bugünkü iclasda hökumət Aİ-nin miqrasiya paktını rədd edib”, – baş nazirin sözləri belə çatdırılıb.
Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Bu barədə Primeinnfo.az Aİ-nin bəyanatına istinadən xəbər verir. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var.
Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı verib. Primeinfo.az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir, Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Ukrayna Avropa İttifaqının (Aİ) yardım mexanizmi çərçivəsində təxminən 2,3 milyard avro məbləğində növbəti maliyyələşdirməni alacaq. Primeinfo.az xəbər verir ki, qərar bu gün Aİ Şurası tərəfindən təsdiqlənib. Bu, Kiyevi dəstəkləmək üçün müntəzəm ödənişlərin altıncı tranşıdır.
Avropa İttifaqı sahibi olduğu “X” platformasının cərimələnməsinə qarşı çıxan İlon Maska cavab verib. Primeinfo.az xəbər verir ki, blok platformanın qanuna uyğun əməl etmədiyini təkrarlayıb. “İcazə verin deyim ki, tamamilə sərsəmcəsinə söylənilən bəyanatları paylaşmaq da söz azadlığının bir hissəsidir”, – Aİ sözçüsü Paula Pinho bildirib.
Tanınmış sahibkar İlon Mask Avropa İttifaqının ləğv edilməsinin zəruri olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, amerikalı milyarder bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. “Avropa İttifaqı aradan qaldırılmalıdır və suverenlik fərdi ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər”, – deyə Mask yazıb.
Avropa İttifaqı (Aİ) Ermənistanla energetika, mobillik və rəqəmsal infrastrukturun inkişafı sahələrində əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə kimi nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın iştirak etdiyi mətbuat konfransında bildirib. O, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən onların keçirilməsinin daxili sabitlik və islahatların gedişatı üçün həlledici əhəmiyyət daşıyacağını vurğulayıb: “İyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək.
“Avropa İttifaqı istəyir ki, Ukrayna dözsün, hələ 2-3 il də müharibə davam etsin. Onlar da öz hərbi sənaye kompleksini möhkəmləndirsinlər”.
Avropa İttifaqının borc və büdcə kəsiri göstəriciləri növbəti illərdə tədricən artacaq, bu, xüsusilə bəzi üzv dövlətlərə aiddir. Primeinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının payız iqtisadi proqnozunu təqdim edən komissar Valdis Dombrovskis Brüsseldə bəyan edib. Onun sözlərinə görə, buna əsasən hesabatda tam şəkildə əks olunmayan müdafiə xərclərinin ciddi artımı və qlobal iqtisadiyyatda böyük qeyri-müəyyənlik təsir göstərir.
Avropa İttifaqı Şurası üçüncü ölkə vətəndaşlarının qısamüddətli səfərləri üçün vizasız rejimin dayandırılması mexanizminin yenilənməsini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur. Məlumata əsasən, dəyişdirilmiş qaydalar Aİ-yə vizasız rejim təyinatına uyğun istifadə olunmadıqda və ya İttifaqın maraqlarına zidd olduqda daha sürətli və qətiyyətli reaksiya verməyə imkan yaradacaq.