Venesuela hökuməti ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatda iştirak edən şəxslərin dərhal axtarışa verilməsi və saxlanılması barədə fərman imzalayıb. Primeinfo.az xəbər verir ki, fərmana əsasən, ölkənin hüquq-mühafizə orqanlarına əməliyyatda iştirak edən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək tapşırılıb. Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Karakas və “Fort Tiuna” hərbi bazasına endirdiyi zərbələrdən sonra prezident Donald Tramp Nikolas Maduro və həyat yoldaşının əsir götürüldüyünü elan etmişdi.
“Qırmızı bülleten”lə axtarışda olan ümumilikdə 40 cinayətkar xaricdə saxlanılaraq Türkiyəyə ekstradisiya edilib. Primeinfo.az-ın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin İnterpol–Europol ilə koordinasiya ilə həyata keçirdiyi əməliyyatlar çərçivəsində, başda Gürcüstan olmaqla Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda saxlanılan şübhəlilər Türkiyəyə gətirilib. Məlumata görə, “qırmızı bülleten”lə axtarılan şəxslər arasında “qəsdən adam öldürmə”, “cinayət təşkilatına üzv olma”, “narkotik vasitələrin qanunsuz dövriyyəsi”, “uşağın cinsi istismarı”, “quldurluq”, “fahişəliyə təşviq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və “informasiya sistemləri vasitəsilə dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunanlar da var.
“Fənərbaxça” prezidenti, iş adamı Sadettin Saran Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məlumata görə, S.Saranın şübhəli şəxs qismində ifadəsinin alınması planlaşdırılır.
Beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarılan 24 nəfərin saxlanılaraq Türkiyəyə gətirildiyini açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. Nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, beynəlxalq səviyyədə qırmızı bülletenlə axtardığımız 24 nəfər saxlanılıb.
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun bağ evində də axtarış aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə AXCP fəalları məlumat yayıb. Bildirilib ki, axtarışdan sonra Elnur Seyidovun telefonu götürülüb.
Bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılır. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Ukrainskaya pravda”nın hadisə yerindəki əməkdaşı bildirib. Axtarış “Mindiç işi” üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.
Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Azərbaycan vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.