Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul edilib. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycan Respublikasına təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunu “qırmızı bülleten”lə axtarışa verib. Primeinfo.az Halk TV-yə istinadən xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib. Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.
Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verib aldadıb və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İyunun 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 146, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.
İtkin düşən 9 nəfər tapılıb. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, mayın 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumatda o da deyilir ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan barəsində axtarış elan edilib. Məhkəmə onun həbs olunması ilə bağlı qərar qəbul edib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib. Primeinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir. Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan keçmiş PA rəhbəri “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.
Ukraynanın keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlər yaymaqda ittiham olunaraq beynəlxalq axtarışa verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Timoşenko barəsində cinayət işi artıq Moskvanın Basmannı Rayon Məhkəməsinə göndərilib.