Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyranbatan–Maştağa magistral su xəttində qəzalı hissə YENİLƏNİB

29.07.2026 15:51

Ceyranbatan–Maştağa magistral su xəttində qəzalı hissə YENİLƏNİB

Ceyranbatan – Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.

Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentlindən məlumat verilib.

Məlumata götə, işlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.

Paylaş: